Kalsium nitrat (kalsiumlu selitra) — suda həll olan dənəvər məhsuldur, bitkilər üçün asanlıqla əldə edilən azot və kalsiumun effektiv mənbəyidir. Aşağı həll olunmayan maddə tərkibinə (0,2%-dən az) görə suvarma sisteminə zərər vermir.
Meyvə və tərəvəzlərin saxlama müddətini yaxşılaşdırır və artırır
Fotosintez prosesini sürətləndirir, bitkilərdə hüceyrə membranlarının və divarlarının formalaşmasına kömək edir
Güclü kök sisteminin inkişafı üçün şərait yaradır
Bir çox fizioloji xəstəliklərin (almada acı ləkəlilik, pomidorda çiçək ucu çürüməsi və s.) qarşısını alır
Mühitin əlverişsiz faktorlarına (temperatur stresləri, quraqlıq) qarşı müqaviməti artırır