Azərbaycan
Dil AZ az
Dil AZ az
Azərbaycan

EuroChem Bakıda keçirilən Caspian Agro Week-də xüsusi gübrə portfelini təqdim etdi

13.05.2026

EuroChem yeni mövsüm üçün aktual bitki qidalanması texnologiyalarını Bakıda keçirilən Azərbaycanın əsas aqrar tədbiri - kənd təsərrüfatı üzrə 19-cu beynəlxalq Caspian Agro Week sərgisi çərçivəsində təqdim edib. Şirkətin mütəxəssisləri yerli iqlim şəraitinin tələbatlarına uyğunlaşdırılmış mineral qidalanma həlləri xəttini təqdim ediblər.

Sərginin keçirildiyi 5–8 may tarixləri ərzində tədbiri minlərlə bu sahənin peşəkarı ziyarət edib və onların bir çoxu həmçinin EuroChem-in stendinin qonaqları olublar.

Azərbaycan bazarı bizim üçün Cənubi Qafqaz regionunda prioritet bazarlardan biridir. EuroChem bu ölkəyə ən böyük tədarükçü olaraq qalır. Biz bu bazara həyata keçirilən ixrac tədarüklərində 75%-lik paya malikik və regionun əhəmiyyətli inkişaf potensialını görürük. Yerli aqrar təsərrüfatlar bitkiçilikdə müasir texnologiyalara uğurla keçid edirlər və yeni həllərə açıqdırlar, bizim mütəxəssislər isə onlara məhsul portfelimizdəki ən yeni və qabaqcıl məhsulların tətbiqinə dəstək verirlər

— deyə EuroChem-in Rusiya və MDB üzrə kommersiya direktoru Sergey Mixaylov bildirib.


Stenddə xüsusi diqqət yeni iqlim reallıqlarına uğurlu uyğunlaşma, torpaqların bərpası və torpaq potensialının yenidən artırılması üçün həllərə yönəldilib. Tədbirin qonaqları şirkət əməkdaşlarına həm ayrı-ayrı məhsulların xüsusiyyətləri, həm də EuroChem-in ölkədə və regionda həyata keçirdiyi təhsil təşəbbüsləri ilə bağlı onlarla sual ünvanlayıblar.

Yerli aqrar təsərrüfatların ən çox maraq göstərdiyi məhsullar sırasında regionun isti və quraq iqlim şəraitinə uyğun olan Aqualis xəttinin suda tam həll olan məhsulları və maye azot gübrəsi olan KAS-32 yer alıb. Qida elementlərinin bitkilər tərəfindən sürətlə mənimsənilməsi və konkret tapşırıqlara uyğun çevik kombinasiya imkanları bu məhsulları həm standart şəraitdə, həm də quraqlığın nəticələri ilə mübarizədə əvəzolunmaz edir.

Sərgi iştirakçıları həmçinin şirkətin kənd təsərrüfatı problemlərinə aktiv yanaşmasını və faydalı müştəri xidmətlərinin inkişafını yüksək qiymətləndiriblər. EuroChem mütəmadi olaraq aktual aqronomik mövzular üzrə maarifləndirici vebinarlar keçirir, həmçinin gübrələrin tətbiq sxemlərini hazırlayır və yeniləyir.

“Şirkətin aqrokimyəvi xidməti hər il müxtəlif torpaq-iqlim şəraitlərində, müxtəlif kənd təsərrüfatı bitkiləri üzrə, o cümlədən Cənubi Qafqaz ölkələrində geniş becərilən meyvə və tərəvəz bitkilərində 100-dən çox sahə sınağı aparır. Şirkətin yerli müştərilərinin bir çoxu bu tədqiqatların hesabat və nəticələrinin əldə edilməsində maraqlıdır”, — deyə Sergey Mixaylov əlavə edib.

Caspian Agro - regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Tədbirdə dünyanın 45 ölkəsindən təxminən 500 şirkət iştirak edib. EuroChem üçün belə irimiqyaslı tədbirdə iştirak etmək Azərbaycan bazarında uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir. Son illər şirkət kənd təsərrüfatı istehsalçılarına dəstək alətlərini yeni səviyyəyə yüksəldib. Məsələn, ötən il yerli aqrar təsərrüfatlar üçün milli dildə fəaliyyət göstərən lokal internet saytı istifadəyə verilib. Bundan əlavə, şirkətin məhsul portfeli davamlı olaraq genişləndirilir və modernləşdirilir ki, bu da fermerlərə regionun torpaq-iqlim şəraitini nəzərə alaraq kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün uyğun həllər tapmağa imkan verir.